Bu gün:


Avropa İttifaqı Ermənistana 24 milyon avro yardım ayırıb

Tarix: 23.12.2020 / 19:27  •   Oxundu: 60 dəfə  •  

Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.“Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.
İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.
24 milyon avro məbləğində yeni qrant İttifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir.