Bu gün:


Bakıda yaşayış evinin döşəməsi çökdü

Tarix: 31.12.2020 / 09:44  •   Oxundu: 104 dəfə  •  

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.