Türkiyədə zəlzələ olub
Tarix: 02.01.2021 / 10:38 •
Oxundu: 138 dəfə •
Türkiyənin İzmir vilayətində səhər saatlarında zəlzələ olub.
Bu barədə haberturk.com Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bildirilib.Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
