Bu gün:


Əli Həsənov Dubayda, lüks istirahət mərkəzində... — FOTOLAR

Tarix: 15.09.2020 / 20:04  •   Oxundu: 232 dəfə  •  

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

idealmedia.az bildirir ki, asmedia.az-ın Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.

Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan "Türkiyə qəzeti"nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?

Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.