Bu gün:


Bu gündən yanvarın 18-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Tarix: 16.01.2021 / 11:35  •   Oxundu: 101 dəfə  •  

Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.