Bu gün:


Nazirlər Kabinetindən kafe və restoranların fəaliyyəti ilə bağlı...

Tarix: 28.01.2021 / 11:04  •   Oxundu: 121 dəfə  •  

Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.

Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.