Bu gün:


Paşinyan komandasında gərginlik

Tarix: 01.02.2021 / 12:49  •   Oxundu: 65 dəfə  •  

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryanın əri, Dövlət Əmlakının İdarə edilməsi Komitəsinin sədri Narek Babayan istefa ərizəsi yazıb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bu qərarın səbəbi Babayanın Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla gərgin münasibətləridir. Papikyan Babayana Ermənistanın Baş naziri Nikol Paşinyanla birbaşa təmasa girməyi qadağan edib. Babayan isə bu vəziyyətdən çıxış yolunu istefasında görüb”, - məlumatda qeyd olunub.