Bu gün:


Cəbhəboyu ərazilərdə minalar aşkarlandı

Tarix: 02.02.2021 / 14:49  •   Oxundu: 84 dəfə  •  

Yanvarın 30-u fevralın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 13 müraciət daxil olub.

ANAMA-dan daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.