Bu gün:


Bayden: Rusiyaya boyun əydiyimiz günlər...

Tarix: 05.02.2021 / 10:37  •   Oxundu: 150 dəfə  •  

Amerika Birləşmiş Ştatları Prezidenti Coy Bayden, keçmiş prezident Donald Tramp-ın izlərini silməyə davam edir.
Bayden Trampı Rusiyaya qarşı "passiv" olmaqda günahlandırıb.Onun bu dəfə ki açıqlaması çox sərt olub.

"ABŞ-ın Rusiyaya boyun əydiyi günlər geridə qaldı. ABŞ Rusiyanın təcavüzkar hərəkətləri qarşısında təslimiyyət nümayiş etdirməyəcək".
Rusiyanın ABŞ-dakı seçkilərə kiber hücumlar və təhlükəsizliklə bağlı problemlərə müdaxilə cəhdlərindən xəbərdar olduqlarını bildirən Bayden, Rus müxalifət tərəfdarı Aleksey Navalnıyın dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalı olduğunu bildirib.