Bu gün:


Bütün qardaş ölkələri xəbərdar edirik

Tarix: 06.02.2021 / 10:17  •   Oxundu: 93 dəfə  •  

FETÖ fəaliyyət göstərdiyi hər bir ölkənin təhlükəsizliyinə təhdiddir. Bütün dost və qardaş ölkələri bu məsələdə xəbərdar edirik.
Bunu Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop deyib.

"FETÖ Türkiyə xaricində varlığını qorumağa çalışır. Bəziləri Türkiyədən qaçıb başqa ölkədə fəaliyyət göstərənlərdir, bəziləri isə daha öncədən həmin ölkələrdə mövcuddur. Uzun illər fəaliyyət göstərdikləri ölkələrin vətəndaşlarını təşkilatlara cəlb edərək çalışırlar", - Şəntop qeyd edib.