Bu gün:


"ASAN xidmət"in mərkəz direktoru vəzifəsindən azad edilib

Tarix: 08.02.2021 / 10:09  •   Oxundu: 108 dəfə  •  

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-zadə vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.
T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.