Bu gün:


Üç ay komada qalan hərbçimiz şəhid oldu

Tarix: 09.02.2021 / 09:38  •   Oxundu: 152 dəfə  •  

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.
Söhbət Bakının Maştağa qəsəbəsindən olan Şəfizadə Saleh Samir oğlundan gedir.

Şuşa istiqamətində gedən döyüşlərdə başından yaralanan Saleh üç aya yaxın komada qalıb. Komadan ayılmayan Saleh ötən gün şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!