Həbib Nurməhəmmədovdan karyerası ilə bağlı açıqlama
Tarix: 10.02.2021 / 09:52 •
Oxundu: 92 dəfə •
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını bərpa edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Dağıstanlı döyüşçü "Matç TV"nin efirində yenidən peşəkar rinqə qayıtmayacağını açıqlayıb.
O, artıq təqaüdə çıxdığını bildirib: "Mənə görə idmanın bu sahəsində durğunluq olmasını istəmirəm. Qoy, titul uğrunda gənclər mübarizə aparsınlar. Ümid edirəm ki, UFC-nin prezidenti Deyna Uayt bu sözlərimi eşidəcək və məni rahat buraxacaq".
Qeyd edək ki, 32 yaşlı idmançı karyerasını 2020-ci il oktyabrın 25-də ABŞ təmsilçisi Castin Getji ilə görüşdən sonra başa vurub. Onun irlandiyalı Konor Makqreqoru yenən amerikalı Dastin Porye ilə döyüşməkdən ötrü karyerasını bərpa edə biləcəyinə dair xəbərlər yayılıb. Nurməhəmmədov əvvəllər hər iki döyüşçü ilə üz-üzə gəlib və onları məğlubiyyətə uğradıb. Ümumilikdə o, 29 görüşün hamısında qələbə qazanaraq rekord göstəriciyə imza atıb.