Bu gün:


Mehriban Əliyeva: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz"

Tarix: 26.02.2021 / 11:48  •   Oxundu: 118 dəfə  •  

Birinci vitse-prezident Mehriban Əliyeva özünün Instagram hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".