Bu gün:


Bayden İrana xəbərdarlıq edib

Tarix: 27.02.2021 / 18:09  •   Oxundu: 90 dəfə  •  

ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Suriyadakı son aviazərbələri fonunda İrana “ehtiyatlı olmağı” tövsiyə edib.
Bu sözləri o, jurnalistlərə müsahibəsində səsləndirib.

Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden - “Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz”, - deyə cavabını verib: “Ehtiyatlı olun”.