Bu gün:


Azərbaycan əsgəri minaya düşüb şəhid oldu

Tarix: 28.02.2021 / 12:22  •   Oxundu: 108 dəfə  •  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.
Bu barədə Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.