"MasterCard" kartlarının satışı planlaşdırılır
Tarix: 03.03.2021 / 14:32 •
Oxundu: 104 dəfə •
Azərbaycanda köşklərdə "MasterCard" kartlarının satışı planlaşdırılır, bu kartlar vasitəsilə ictimai nəqliyyatda və digər sektorlarda ödəniş etmək mümkün olacaq.
Bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.
O bildirib ki, həmin kartların balansını digər kartlar (card to card) vasitəsilə və ya ödəniş terminalları vasitəsilə doldurmaq mümkün olacaq
"Biz Azərbaycanda köşklərdə kartların satışına başlamağı planlaşdırırıq. Bu kartlar vasitəsilə nəqliyyatda gediş haqlarını ödəmək mümkün olacaq. Həmçinin, bu kartlar nağdsız ödənişlərin mümkün olduğu təşkilatlarda və elektron ticarət sahəsində istifadə oluna bilər".