Bu gün:


Hücum başlayacaq...

Tarix: 13.03.2021 / 12:24  •   Oxundu: 125 dəfə  •  

Bir şeyi anlamaq lazımdır ki, Donbasdakı situasiya təcrid olunmuş deyil. Moskvada bunu Rusiya və Qərb arasında böyük qarşıdurmanın bir hissəsi kimi görürlər.

Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Böyük qarşıdurmanın çox cəbhəsi var. Bunlar Suriya, Cənubi Qafqaz, Arktika və Belarusdur. Moskva güman edir ki, Qərb Rusiyaya qarşı çox cəbhələrdə hibrid müharibə aparır. Ukrayna da onun hissələrindən biridir. Medvedçuka qarşı sanksiyalar Moskvaya görə Qərbin ona müharibə elan etməsidir. Moskva düşünür ki, əgər müharibə elan edirlərsə, o zaman ilk biz vurmalıyıq.

Donbasda eskalasiya artacaq. Putin sadəcə ümumi vəziyyəti dəyişib, Qərbə siqnal göndərmək istəyir ki, Rusiya Qərbin Moskva, Minskə müdaxiləsinə dözməyəcək və cavab zərbəsi endirməyə hazırdır. Donbasda hücum əməliyyatlarının başlaması ehtimalı çox ciddidir”, – deyə o bildirib.