Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəyə başlayır
Tarix: 27.03.2021 / 10:50 •
Oxundu: 114 dəfə •
Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayır.
Yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq.
Fətiyev 1/16 finalda Din Gemer (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.