Azərbaycanlı əkizlərin ifası 1 milyard izləndi
Tarix: 28.03.2021 / 22:20 •
Oxundu: 92 dəfə •
Azərbaycan əsilli rusiyalı ifaçılar Rauf və Faiq Mirzəyevlər Yutubda bir milyard baxış toplayıb.
Əkiz qardaşlar bu barədə İnstaqram səhifələrində məlumat veriblər.
"Yutubda 1 milyard baxış. Hər kəsə minnətdarıq", − Mirzəyevlər bildiriblər.
Qeyd edək ki, Rauf & Faik Yutub kanalını 4,3 milyondan artıq şəxs izləyir.
Rauf və Faiq Mirzəyevlər İjevskdə anadan olublar. Fəaliyyətlərinə yerli Yaradıcılıq evinin vokal studiyasından başlayan qardaşlar tədrislərinə estrada studiyasında davam ediblər. 2018-ci ildə onların debüt albomu buraxılıb. Albomda 17 musiqi treki olub.