Bu gün:


Sarkisyan:Biz elə bilirdik, Qarabağ həll olunub

Tarix: 31.03.2021 / 10:11  •   Oxundu: 104 dəfə  •  

Qarabağ müharibəsindən qaçmaq olardı.
Bunu Ermənistan Prezidenti Armen Sərkisyan RBK televiziyasına müsahibəsində deyib.

“Məncə, hər zaman belə problemlərin hərbi fəaliyyətsiz həlli yollarını tapmaq olardı... Söhbət bizim səhvlərimizdən gedir. Biz yenə istədiyimizə inandıq. Biz elə gəldi ki, müharibə artıq bitib, məsələ həll olunub. O isə həll edilməmişdi. Ermənistan Qarabağda müdafiə qabiliyyətinin artırılması üçün müəyyən addımlar atmalı, daha müasir hərbi infrastruktur yaratmalı idi”, – deyə o bildirib.