Şəhid pilotlarımızın vəfatından 5 il ötür
Tarix: 01.04.2021 / 10:49 •
Oxundu: 169 dəfə •
Bu gün qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılovun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür.
Şəhid pilotlarımız 2016-cı ildə Aprel döyüşləri zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.
Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan U.Vəlizadə burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.
O, 2006-cı ildə Könül xanım ilə ailə həyatı qurub. Şəhid pilotumuzdan geriyə 2 qız övladı Zəhra və Betül yadigar qalıb.
Əbu Bəkir İsmayılov 1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olub. O, 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.
2018-ci ildə Yaqut Bahadırqızı Əbu Bəkir İsmayılov haqqında “Hay ver mənə, cənab leytenant...” adlı kitab yazıb.
Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub.
2016-cı ildə, onun vəfatından sonra T.Musazadənin ailə üzvləri tərəfindən şəhid pilotumuzun adını daşıyan Təhsil və İncəsənət Hazırlıq Məktəbi təsis edilib. Mərkəzdə, T.Musazadənin xatirəsinə muzey guşəsi də yaradılıb. Muzeydə onun, şəxsi əşyaları, təltif olunduğu medallar və şəkillər sərgilənir.
Hər üç pilot II Fəxri xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!