Bu gün:


Korrupsionerlərin milyonluq villaları satışda

Tarix: 01.04.2021 / 18:48  •   Oxundu: 107 dəfə  •  

Ötən ay Bakıda qiyməti 4 milyondan yuxarı olan 3 villa satışa çıxarılıb.

İdeal Media.az xəbər verir ki, onlardan biri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən villadır. Qiyməti 5 milyon 700 min manat olan villa 28 sot torpaq sahəsində tikilib. Super təmirli üçmərtəbəli villanın həyətində hovuz, manqalxana və s. mövcuddur.

Növbəti bahalı mülk Bilgəh qəsəbəsində 48 sot torpaq sahəsində tikilən 2500 kvadratmetrlik üçmərtəbəli, 12 otaqlı villadır. 4 milyon 600 min manata satışa çıxarılan villanın həyətində meyvə və dekorativ ağaclarla yanaşı yay mətbəxi, mühafizə evi, geniş qaraj, sensorlu gecə işıqları, istirahət evi, çardaq və manqalxana mövcuddur.

Satışa çıxarılmış və 4 milyonda baha qiymətə olan villalardan biri də Mərdəkan qəsəbəsində yerləşir. 4 milyon 200 min manat qiyməti olan və 85 sot ərazidə inşa edilən ümumi sahəsi 1000 kvadratmetrlik üçmərtəbəli 8 otaqlı villanın həyətində böyük hovuz, manqalxana, meyvə və dekorativ ağaclar və s. var.