Bu gün:


Şuşanı işğal edən və burada ilk otel tikdirən ermənilər eyni gündə -31 Martda gəbərdi...

Tarix: 02.04.2021 / 10:54  •   Oxundu: 168 dəfə  •  

“İki “məşhur” erməninin eyni gündə - məhz 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə gəbərməsi ermənilər üçün Allahın növbəti ibrət dərsi olmalıdır...”
 
“Eyni gündə - martın 31-də həyatları Şuşa ilə ayrılmaz şəkildə bağlı olan iki nəfər öldü: 1992-ci ildə şəhəri azad edən komandos Arkadi Ter-Tadevosyan və Artsaxın Yaxın Şərqdəki nümayəndəsi Karapet Kebabcyan”.
 
İdeal Media.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.
 
“Meşə tülküsü” ləqəbli general A.Ter-Tadevosyanın Şuşanın işğalının əsas hərbi təşkilatçılarından olduğu məlumdur.
 Erməni mənbələrinin yazdığına görə, Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Yaxın Şərqdəki nümayəndəsi olan Karapet Kebabcyan Beyrutdakı bütün əmlakını sataraq Livandan Qarabağa  ilk gələnlərdən olub. O, bütün vəsaitini A qondarma separatçı-terrorçu xuntanın nəzarət etdiyi ərazilərdə infrastrukturun inkişafına yatırıb.
 
İşğaldan sonra Şuşadakı  ilk erməni oteli -"Grand Hotel Shushi" Kebabcyanın pulu ilə inşa edilib. K.Kebabcyan eyni zamanda “Ermənistan qara kəmərləri” şərq döyüş növləri assosiasiyasının yaradıcısı və prezidenti olub.