Bu gün:


SAXLANILAN İKİ İCRA BAŞÇISI İLƏ BAĞLI QƏRAR VERİLDİ

Tarix: 12.04.2021 / 18:21  •   Oxundu: 221 dəfə  •  

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan iki icra başçısının həbs müddəti uzadılıb.

İDEAL Media.az xəbər verir ki, Səbail rayon məhkəməsi ötən il dekabrın 7-də saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbsdə qalma müddətini 3 ay uzadıb.

2020-ci il avqustun 19-da həbs edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da Binəqədi rayon Məhkəməsinin qərarı ilə daha 3 ay dəmir barmaqlıqlar arxasında qalacaq.

Onlar rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və mənimsəmədə ittiham edilirlər.