Bu gün:


PAPA UKRAYNADAKI GƏRGİNLİKDƏN DANIŞDI

Tarix: 18.04.2021 / 18:28  •   Oxundu: 81 dəfə  •  

Papa Fransisk Müqəddəs Pyotr Meydanında etdiyi çıxışda Ukraynanın şərqindəki hərbi aktivliyin artmasından narahat olduğunu bildirib.

İDEAL Media.az Bakupost.az-a istinadla xəbər verir ki, o, gərginliyin azaldılmasını istəyib və barışıq üçün dua edib:
“Kədərli şeylərdən danışacam. Son aylarda Ukraynanın şərqində atəşkəs rejiminin pozulduğunu və bəzi bölgələrdə baş verən hadisələri narahatlıqla izləyirəm. Hərbi fəaliyyətin gücləndiyini görürəm.

Xahiş edirəm, gərginliyi azaldın və barışmaq üçün mümkün olan hər şeyi edin”.

Papa Fransisk çətin humanitar vəziyyəti də xüsusi vurğulayıb: “Xalqa mənəvi yaxınlığımı bildirirəm və dua etməyinizi xahiş edirəm”.