Bu gün:


BAKIDA AVTOBUS AĞACA ÇIRPILIB

Tarix: 19.04.2021 / 12:44  •   Oxundu: 88 dəfə  •  

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.
İDEAL Media.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.
Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.