Bu gün:


İNGİLİS GƏMİLƏRİNİN QARA DƏNİZƏ GƏLİŞİ RUSİYAYA TƏZYİQDİR

Tarix: 20.04.2021 / 10:47  •   Oxundu: 92 dəfə  •  

Britaniya hərbi gəmilərinin Qara dənizə Bosfor vasitəsilə daxil olması Rusiyanın qorxudulmasına hədəflənib. Qərb çalışır ki, Moskvanın kursuna təsir etsin, amma Rusiya Qara dəniz sahilində olmayan ölkələrin Montrö konvensiyasını icrasına ümid edir.

İDEAL Media.az xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

“Qara dənizə gəmilərin daxil olması ətrafında hər şey bizim ölkəyə təzyiqlərin artırılması məqsədiylə edilir. Onlar belə ümid edirlər ki, biz “başa düşüb”, özümüzü onların bizdən gözlədiyi kimi aparacağıq. Yəqin ki, bizim nədənsə qorxacağımızı mümkün sayırlar. Hər şey buna hədəflənib”, – deyə o bildirib.