Bu gün:


“MİNLƏRLƏ RUS ƏSGƏRİNİN CƏSƏDLƏRİ BURADA ÇÜRÜYƏCƏK "

Tarix: 24.04.2021 / 20:24  •   Oxundu: 188 dəfə  •  

Ukrayna-Rusiya arasında gərginlik yenidən artır; görüşün baş tutmayacağı fonunda Kiyev rəsmisi sensasion açıqlama verib...
 
Rusiyanın qoşunlarını şərqi Ukrayna sərhədlərinindən geri çəkməsində sonra münaqişənin həllində sülh variantına üstünlük veriləcəyi haqda ümidlər hələ ki, özünü doğrultmur.
 
Ukrayna prezidentinin rusiyalı həmkarına görüş təklifinə Kremldən “gəlsin, Moskvada görüşək” kimi reaksiyası Kiyevi qəzəbləndirib.
 
Qeyd edək ki, prezident Putin deyib ki, Zelenski Kiyevlə Moskva arasındakı münasibətləri bərpa etməyə başlamaq istəsə, Rusiya bunu yalnız alqışlayar. Putin Ukrayna liderini onun üçün əlverişli zamanda Moskvada qəbul etməyə hazır olduğunu vurğulayıb.
 
Rəsmi Kiyev isə Zelenskinin danışıqlar üçün Moskvaya gələ bilməyəcəyini və bunun səbəbini izah edib.
 
Ukrayna baş nazirinin müavini Aleksey Reznikov Ukrayna prezidentinin Putinlə danışıqlar üçün Moskvaya gəlmək təklifini niyə qəbul edə bilməyəcəyini belə izah edib: "Müharibə zamanı paytaxta gedib təcavüzkar ölkənin nümayəndəsi ilə görüşülə bilməz".
 
Baş nazirin müavini Rusiya prezidentinin təklifini "qəribə" adlandırıb, belə bir görüşün “Normandiya formatı” çərçivəsində, yəni Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilə biləcəyini söyləyib.
 
Görüşün baş tutmayacağı fonunda isə Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak “Ukrayna-24” telekanalının efirində sensasion açıqlama verib.
 
Z. Şkiryak Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxmasına baxmayaraq, Moskvanın geniş miqyaslı hücumundan vaz keçmədiyini deyib. Şkiryak Ukraynanın belə bir hücuma hazır olduğunu və Rusiyanın minlərlə əsgərini itirəcəyinə söz verib.
 
“Ukrayna vətəndaşlarını arxayın edə bilərəm: Daxili İşlər Nazirliyinin bütün bölmələri geniş miqyaslı işğal cəhdləri daxil olmaqla, hər bir ssenariyə tam hazırdır” deyərək, Moskvanın çox ağır itkilər verəcəyini bəyan edib: "Mənə inana bilərsiniz: minlərlə və on minlərlə əsgərinin cəsədləri geri dönəcək və ya Ukrayna torpağında çürüyəcək".
 
O, Daxili İşlər Nazirliyi əməkdaşlarının silahlı qüvvələrlə birgə Ukraynanı qoruyacaqlarını və düşmənin "torpaq qoparmasına" imkan verilməyəcəyini də qeyd edib.
 
Şkiryak hesab edir ki, Rusiya imperiya və ondan bərpa etmək kimi utopik xəyallardan vaz keçməyib.
 
Qondarma “Donetsk Xalq Respublikasının” nin keçmiş “müdafiə naziri” İqor Strelkov isə Rusiya qoşunların daimi dislokasiya yerlərinə qaytarılması qərarına "Donbası təslim etməyə hazırıq?" deyə, reaksiya bildirib.
 
Strelkov “Radiotochka” Teleqram kanalına verdiyi müsahibəsində Rusiyanın ordunu geri çəkmək qərarını anlamadığını deyib: "Bu qədər qoşunu sərhədlərə yığıb, sonradan niyə geri çəkdiklərinin mənasını başa düşmürəm. Qoşunlarını Donbasdan Ukraynadan əvvəl geri çəkmək axmaqlıqdır, bu, Donbasın təslim olmasına hazırlıq demək ola bilər".
 
Strelkov əmindir ki, Ukrayna ilə barışıq olmayacaq və müharibə gec-tez qaçılmazdır.Onun sözlərinə görə, Kiyev Rusiyanın bu qərarına baxmayaraq, müharibəyə hazırlığını dayandırmayıb, Donbasdakı atəş səsləri şiddətlənib.
 
Ukraynalı hərbi analitiki, Ordunun Beynəlxalq Araşdırmalar Tədqiqatları Mərkəzinin direktor müavini Mixail Samus isə son günlər Kiyevə silahlandırdığı üçün Türkiyəyə olan təzyiqlərdən danışıb. Onun sözlərinə görə, Moskva Ukrayna-Türkiyə hərbi əməkdaşlığının qarşısını ala bilməyəcək. “Türkiyə Kiyev üçün əsas hərbi-texniki tərəfdaşdır və bu, hər iki ölkə üçün faydalıdır. Eyni zamanda, Ukraynanı "Rusiya təcavüzünə" qarşı durmaq baxımından gücləndirir. Türkiyənin Ukraynanın Krımla bağlı mövqeyini dəstəkləyir. Bundan əlavə, Türkiyə Ukrayna donanması üçün dörd hərbi gəmi istehsalına başlayıb.
 
Rusiya bu əməkdaşlığa müdaxilə edə bilməz. Artıq iki ölkə arasında uçuşları qadağan edərək ilk addımı atdı. Ancaq bundan əlavə heç bir şey ola bilməz, çünki əslində Rusiyanın hərbi baxımdan başqa Türkiyə üzərində ciddi bir təsiri yoxdur” deyə, hərbi analitik bildirib.
 
Yada salaq ki, Rusiya baş nazirinin müavini Yuri Borisov bugünlərdə “Ankara “Bayraktar” pilotsuz təyyarələrini Ukraynaya satmağa davam edərsə, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığa yenidən baxılacağını” istisna etməmişdi