Bu gün:


YEVLAXDA İKİ AVTOMOBİL TOQQUŞUB,ÖLƏN VAR

Tarix: 06.05.2021 / 11:20  •   Oxundu: 183 dəfə  •  

Yevlax rayonunda ağır yol qəzası baş verib.
İDEAL Media.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 304-cü kilometrliyində, Aran qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı minik avtomobili “Ford” markalı kiçik tutumlu yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1963-cü il təvəllüdlü Hidayət Bəsər oğlu Camalov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.