Bu gün:


XALÇAÇININ HƏBS MÜDDƏTİ UZADILDI

Tarix: 06.05.2021 / 12:22  •   Oxundu: 127 dəfə  •  

Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

İDEAL Media.az xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. Vidadi Muradov barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmişMuradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.