Bu gün:


TİTANİKDƏ YAZILAN 109 İLLİK MƏKTUB TAPILIB

Tarix: 11.05.2021 / 18:52  •   Oxundu: 122 dəfə  •  

Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar.

13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb:

"Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər ailəsinə məlumat versin".

Qeyd edək ki, möhürlənmiş şüşə butulkanı Kanadanın Houpvell-Rox qayalığındakı çimərlikdə istirahət zamanı Şervux ailəsi qumun içindən tapıb.
Xatırladaq ki, Titanik gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb.