Bu gün:


İnstaqram Bayraqdarın paylaşımını sildi

Tarix: 12.05.2021 / 10:42  •   Oxundu: 116 dəfə  •  

İnstaqram “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarın Fələstinə dəstək paylaşımını silib.
İDEAL Media.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.

"İnstaqram paylaşımımı nifrət göstəricisi deyərək silib. Uşaqları və mülki şəxsləri öldürmək, məbədləri yandırıb musiqi müşayəti ilə rəqs etmək nifrət, vəhşilik, qətliamdır. Sizin söz azadlığı, insan hüquqları deyən ikiüzlülüyünüz batsın!" - Bayraktar bildirib.