Bu gün:


Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edildi

Tarix: 14.05.2021 / 10:41  •   Oxundu: 96 dəfə  •  

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.
Hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.