Bu gün:


Avtomobil 1 yaşlı uşağın ayağının üzərindən keçdi

Tarix: 16.05.2021 / 10:35  •   Oxundu: 57 dəfə  •  

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yaşadığı evin həyətində 2020-ci il təvəllüdlü, Vaskov Artemuy Dmitriviç qəfildən avtomobilin qarşısına qaçıb, bu zaman hərəkətdə olan avtomobil körpənin ayağının üzərindən keçib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.