Bu gün:


Fələstinin səfiri: Bizim Azərbaycan,Türkiyə və Ermənistanla əla münasibətlərimiz var...

Tarix: 16.05.2021 / 11:47  •   Oxundu: 68 dəfə  •  

"Fələstin Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud gərginliyi Qarabağdakı vəziyyətlə müqayisə etmək istəmir. Ərdoğanın istifadə etdiyi müqayisə isə sadəcə onun nitq üslubudur".

Bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
"Biz mövcud vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik. Bizim Ermənistan və Azərbaycanla, eyni zamanda Türkiyə ilə əla münasibətimiz var. Türkiyənin Fələstin məsələsindəki mövqeyinə görə minnətdarıq və bunu çox yüksək qiymətləndiririk" - deyə, səfir bildirib.