Cahit Bağçı: "Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür"
Tarix: 19.05.2021 / 10:27 •
Oxundu: 125 dəfə •
"Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir və spesifik xüsusiyyətə malikdir".
Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.
Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq üzərində qurulub: "Bu baxımdan münasibətlərimizi qarşılıqlı mənfəət götürmək üçün qurulan əlaqələr kontekstində qiymətləndirmək mümkün deyil. Qardaşların bir-biri ilə münasibətləri yaxşı və pis günlərdə eyni olur və dəyişmir. Pis günlərdə daha çox şeyə ehtiyac var və o zaman həqiqət ortaya çıxır. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. İki ölkənin yaxın tarixi buna şahiddir. Anadolunun düşmən hücumlarından qorunmasından indiyədək hər cəbhədə olduğu kimi Çanaqqalada da şəhid olan azərbaycanlı qardaşlarımız var. Eynilə, Anadolunun igid oğulları Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik istilasına qarşı döyüşmək üçün gəldilər və Quba, Gəncə və Bakıda şəhid oldular, ancaq ata-baba yurdlarını düşmənə təslim etmədilər. Münasibətimizin xəmiri Anadolu və Qafqazda axan qardaşlarımızın qanı ilə yenidən yoğrulubdur. Buna görə də güclü və möhkəmdir".
C.Bağçının sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər hər sahədə inkişaf edib və sürətlə inkişaf edir: "İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər iki dövlət başçısı arasındakı münasibətlər deyil. Bu dostluq münasibətidir. Onların möhkəm siyasi iradəsi və yaxın dostluğu münasibətlərimizə böyük bir təkan verir".