Bu gün:


Ermənilər qorxu içində: Azərbaycan ordusu gəlir

Tarix: 24.05.2021 / 14:40  •   Oxundu: 145 dəfə  •  

Ermənistanın Vayots dzor bölgəsinin keçmiş bələdiyyə sədri Edqar Gazaryan Kərki kəndi yaxınlığındakı strateji yoldan video paylaşaraq hökumətə müraciət edib.

İDEAL Media.az xəbər verir ki, o Kərki kəndinin Azərbaycan  ordusu tərəfindən işğaldan azad edəcəyi ilə bağlı narahatlığını dilə gətirirək, ərazidən keçən strateji yolun əhəmiyyətinə toxunub:

“Buradan Dzora, Sünik, Mehri, İrəvan, Qarabağa gedən yol var. Paşinyan bu ərazini düşmənə təslim edərsə, onda buradan keçə bilməyəcik. Müdafiəsiz vəziyyətə düşərik”.

Gazaryan Paşinyanı addımlarına görə sərt tənqid edib.