Bu gün:


Jirinovski: ABŞ-a bomba düşməsin, amma Şərqi Avropa...

Tarix: 27.05.2021 / 09:45  •   Oxundu: 117 dəfə  •  

Rusiya və ABŞ prezidentləri arasında keçirləcək görüş çox vacibdir. Yaxşı ki, görüş İsveçrədə, neytral ölkədə keçirilir.
 
İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
 
“Görüş təkbətək keçirilməlidir, elə məsələlər var ki, onları açıq müzakirə etmək olmaz. Bütün problemləri Şərqi Avropanın hesabına həll etməliyik. Rusiyaya, ABŞ-a və ya Qərbi Avropaya bir dənə də bomba düşməməlidir”, - Jirinovski bildirib.
 
Qeyd edək ki, Vladimir Putin və Co Bayden iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.