Bu gün:


Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq

Tarix: 27.05.2021 / 10:35  •   Oxundu: 133 dəfə  •  

Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.

İDEAL Media.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv səfərdə Türkiyə yığması ilə qarşılaşacaq.

Alanya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu, millimizin qardaş ölkənin komandası ilə 8-ci dueli olacaq. Tərəflər indiyədək 3-ü yoldaşlıq, 4-ü rəsmi görüş olmaqla 7 dəfə üz-üzə gəlib. Millimiz bu oyunların yalnız birində qalib gəlib. 5 dəfə Türkiyə yığması qələbə qazanıb və 1 heç-heçə qeydə alınıb.