Ankaradan Tovuza "Hədiyyə karvanı"
Tarix: 29.05.2021 / 08:56 •
Oxundu: 141 dəfə •
Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi “Hədiyyə karvanı” növbəti dəfə Azərbaycana doğru yola çıxıb.
Ankarda təntənəli yola salma mərasimi ilə minlərlə hədiyyə daşıyan tır Tovuz rayonuna doğru kurs götürüb.
"Hədiyyə karvanı" mayın 31-i Azərbaycana çatacaq və iyunun 20-dək 16 bölgəmizi gəzib, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək.
"Hədiyyə Karvanı" 1 iyunda Tovuzda açılış törəni ilə öz xeyirxah missiyasına başlayacaq. Açılış törənində Tovuzun deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, media və tanınmış ictimaiyyət nümayəndələri iştirak edəcəklər. O cümlədən iş adamı, bu layihənin müəllifi, Türkiyə prezidentinin dayısı oğlu Mehmet Mutlu da Tovuzdakı açılış törənində iştirak edəcək. Türkiyənin tanınmış elm və siyasət xadimləri də həmin gün Tovuzda olacaqlar.
"Hədiyyə karvanı" 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.
Şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə Karvanı" aksiyası "YAŞAT" FONDU ilə bərabər və onunla ortaq şəkildə həyata keçirilir.