Bu gün:


İstanbulda parça boyama fabrikində güclü yanğın baş verib

Tarix: 30.05.2021 / 08:47  •   Oxundu: 109 dəfə  •  

İstanbulun Arnavutköy rayonunda dörd mərtəbəli parça boyama fabrikində güclü yanğın meydana gəlib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, yanğın, səbəbi hələ məlum olmayan güclü partlayışdan sonar başlayıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğının söndürüldüyü bildirilib