Bu gün:


Deputatxanada toyxanaya aydınlıq gətirildi

Tarix: 04.06.2021 / 16:30  •   Oxundu: 117 dəfə  •  

Bizim arzumuz rəqəmlərin azalması fonunda müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilməsidir.

İDEAL Media.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

"Bizdə olan məlumata görə, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mollar, gələcəkdə keçiriləcək toy məclisləri və çimərliklərlə bağlı artıq qaydalar hazırlanır. Təcrübəmiz göstərdi ki, qaydaların icrası bu yumşaldılmalardan sonra geriyə addımın olmaması üçün şərait yaradır. Yeni yumşaldılmalara yalnız qaydalara əməl olunmaqla gedə bilərik", - o bildirib.