Bu gün:


Kürdə iki nəfər batdı

Tarix: 13.06.2021 / 21:02  •   Oxundu: 160 dəfə  •  

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində batan yeniyetmələrin adları məlum olub.

Məlumata görə, 2006-cı il təvəllüdlü Fərid Ayaz oğlu Məmmədov və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədov çayda çimərkən batıb.
Hazırda onların axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.