Bu gün:


Ərdoğan: Təklifimiz hələ də qüvvədədir

Tarix: 18.06.2021 / 18:13  •   Oxundu: 144 dəfə  •  

“Aralıq dənizinin şərqindəki vəziyyətlə bağlı konfrans keçirmək təklifimiz hələ də qüvvədədir”.

İDEAL Media.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. O bildirib ki, bölgədəki enerji mənbələrinin dövlətlər arasında əməkdaşlığa səbəb olması öz əlimizdədir. Ərdoğanın sözlərinə görə, dövlətlərin bu məsələdə əməkdaşlıq etməsi bütün tərəflər üçün faydalı olacaq.