Bu gün:


TƏBİB-Uşaqlara vaksin vurulması məsələsi müzakirə edilir .

Tarix: 25.06.2021 / 16:34  •   Oxundu: 101 dəfə  •  

"Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir".
 
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
 
Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.