Bu gün:


Putindən 3-cü dünya müharibəsi mesajı

Tarix: 30.06.2021 / 15:31  •   Oxundu: 207 dəfə  •  

Rusiya prezidenti Vladimir Putin Qara dənizdə Böyük Britaniyaya məxsus hərbi gəmi ilə bağlı baş verən insidentə ilk dəfə münasibət bildirib.

İDEAL Media.az xəbər verir ki, onun sözlərinə görə, Britaniyanın təxribat törətməkdə məqsədi rus hərbçilərinin necə reaksiya verəcəyini öyrənmək olub:
“O gəminin məqsədi rus hərbçilərinin necə reaksiya verəcəyini görmək idi. Biz Krım sahillərində üzən Britaniya gəmisini batırsaydıq belə 3-cü dünya müharibəsi baş verməzdi. 3-cü dünya müharibəsi ehtimalını real görmürəm”.