Bu gün:


Bu iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Tarix: 08.07.2021 / 12:03  •   Oxundu: 111 dəfə  •  

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.

169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq