Bakıda təmir sexində mikroavtobus yandı
Tarix: 11.07.2021 / 11:17 •
Oxundu: 89 dəfə •
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan ”Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilir ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
İDEAL Media.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilir ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
