Bakı şəhəri, 28 May küçəsi, 14 saylı bina mərkəz hesab edilsə də, ölkənin Birinci xanımı, I Vitse-Prezident Mehriban Əliyevanın təhsil aldığı 23 saylı orta məktəbin binasına bitişik yerləşsə də, xarabazarı xatırladır.
Hər kəs öz zövqünə uyğun konstruksiyanı istədiyi səmtə yönəldir, qanundan kənar konstruksiya formalaşdırır. Bütün özbaşınalıqların layihə rəhbəri 49 saylı Mənzil İstismar Sahəsinin rəisi Həsrət Əhmədov və mühəndis Sahib Qurbanovun olduğu bildirilir.
Kazusla əlaqədar 49 saylı MİS-in rəhbərləri ilə əlaqə saxladıq. Hər iki şəxs mövcud kazusdan xəbərsiz olduqlarını və bütün qanundan kənar qərarların Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verildiyini israr etdilər.
Paytaxtın mərkəzində, turistlərin daha çox axın etdiyi ərazidə bu cür görüntülərin tək adı “üstü bəzək, içi təzək, arxada qalmış gələcək” sözündən başqa heç nəyi özündə ehtiva edə bilmir.